Analitiklər: "Petkim"in mənfəəti II rübdə 154,5 mln. lirə ola bilər

Analitiklər: "Petkim"in mənfəəti II rübdə 154,5 mln. lirə ola bilər Sorğuda 13 qurum iştirak edib
Maliyyə
27 İyul , 2016 18:38
Analitiklər: Petkimin mənfəəti II rübdə 154,5 mln. lirə ola bilər

Bakı. 27 iyul. REPORT.AZ/ Maliyyə analitikləri əsas payı SOCAR-a məxsus olan "Petkim (PetroKimya) Holding"in bu ilin II rübündə mənfəətinin ortalama 154,5 mln. Türkiyə lirəsi (TRY) olacağını təxminn edirlər.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Forex"in sorğusuna əsasən, ən yüksək mənfəət təxmini 153,1 mln. TRY, ən aşağı mənfəət təxmini isə 132,1 mln. TRY olub.

Sorğuda "BGC Partners", "Şeker Yatırım", "Ata Yatırım", "İş Yatırım", "Ziraat Yatırım", HSBC, "Oyak Yatırım", "Ak Yatırım", "Garanti Yatırım", "Finans Yatırım", "Deniz Yatırım", "ÜNLÜ@Co" daxil olmaqla ümumilikdə 13 qurum iştirak edib.

Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Holding"in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunmuş səhmlər (15%) bazar konyunkturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi