Əksər Qərb fond indeksləri enib

Əksər Qərb fond indeksləri enib Avronun məzənnəsi isə 1,24 dollara düşüb
Maliyyə
12 Dekabr , 2014 09:48
Əksər Qərb fond indeksləri enib
Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Amerika fond bazarında Dow Jones indeksində 0,36% artım müşahidə edilib və 17 596,34 bənd təşkil edib, S&P 500 0,45% - 2 035,33 bəndədək, Nasdaq isə 0,52% - 4 708,16 bəndədək yüksəlib.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 11-də FTSE 100 indeksi 0,59% - 6 461,70 bəndədək, Almaniya DAX-ı 0,06% - 9 862,53 bəndədək, Fransa CAC-40-ı isə 0,05% - 4 225,86 bəndədək enib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% azalaraq 1 220,60 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,24004 dollar (-0,11%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi