Yuxarı
    Bağlamaq

    FOMC protokolları dolların ucuzlaşmasına səbəb olub

    Sabah ABŞ-da sentyabr ayının inflyasiya göstəricisi açıqlanacaq

    Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ Açıq Bazar Komitəsi (Federal Open Market Committee, FOMC) FED-in son iclasının protokollarını açıqlayıb. "Report" xəbər verir ki, FOMC üzvləri protokollarda inflyasiyanın zəif olması ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar, FED-in dekabr iclasında uçot dərəcəsinin artırmasının gələcək statistik göstəricilərdən asılı olacağını qeyd ediblər.

    Protokollarda yer alan fikirlər ABŞ dövlət istiqrazlarının faizlərində dəyişikliyə səbəb olmasa da, dolların ucuzlaşmasına səbəb olub. Belə ki, əsas rəqibi olan avro ilə müqayisədə dollar zəifləyib və 1,1880 USD/EUR səviyyəsinə yaxınlaşıb.

    Xatırladaq ki, sabah ABŞ-da inflyasiya və pərakəndə satış göstəriciləri açıqlanacaq. Bu göstəricilərin, xüsusilə inflyasiya göstəricisinin ABŞ dollarının məzənnəsinə ciddi təsir edəcəyi gözlənilir.

    Qeyd edək ki, FED-in növbəti iclasları 31 oktyabr-1 noyabr və 12-13 dekabrda keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi