Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək Nazir Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında çıxış edib
Maliyyə
16 Oktyabr , 2015 16:06
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

"Report" xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur.

Qeyd edək ki, hazırkı qaydaya əsasən, fiziki şəxsin əsas iş yerində aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, illik gəliri 3 min manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli qədər olan hissəsi gəlir vergisindən azaddır.

Son xəbərlər

Orphus sistemi