"Fitch" Türkiyənin kredit reytinqini təsdiqləyib

"Fitch" Türkiyənin kredit reytinqini təsdiqləyib Reytinq üzrə proqnoz isə "stabil" qiymətləndirilir
Maliyyə
22 İyul , 2017 10:11
Fitch Türkiyənin kredit reytinqini təsdiqləyib

Bakı. 22 iyul. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqini "BB+" səviyyəsində təsdiq edib.

"Report" xəbər verir ki, reytinq üzrə proqnoz isə "stabil" səviyyəsində qalıb.

"Fitch" Türkiyənin uzunmüddətli yerli valyutada kredit reytinqini isə "BBB-" səviyyəsində saxlanılıb.

Türkiyənin qısamüddətli xarici valyutada kredit reytinqi yenidən "B", yerli valyutada isə "F3" səviyyəsində təsdiqlənib.

"Fitch"in məlumatında qeyd olunur ki, Türkiyənin kredit reytinqi yüksək səviyyədə xarici maliyyə təsirinə həssaslıq, müəyyən siyasi və geopolitik risklər, yüksək inflyasiya və makroiqtisadi volatillik fonunda aşağı dövlət borcu və güclü iqtisadi artım ilə balanslaşıb. 

Son xəbərlər

Orphus sistemi