"Fitch" Rusiyanın kredit reytinqini "BBB-" səviyyəsində təsdiq edib

"Fitch" Rusiyanın kredit reytinqini "BBB-" səviyyəsində təsdiq edib Bakı. 16 fevral. REPORT.AZ/ Fitch beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini BBB-, qısamüddətli kredit reytinqini isə F3 səviyyəsində müəyyən edib.
Maliyyə
16 Fevral , 2019 11:10
Fitch Rusiyanın kredit reytinqini BBB- səviyyəsində təsdiq edib

Bakı. 16 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini "BBB-", qısamüddətli kredit reytinqini isə "F3" səviyyəsində müəyyən edib.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Agentlik ABŞ-ın Rusiyaya qarşı gələcək sanksiya ehtimallarını yüksək qiymətləndirib və eyni zamanda bəyan edib ki, sanksiya siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirmək çətindir.

"Fitch" hesab edir ki, bu il Rusiyada inflyasiyanın səviyyəsi 5,3%-ə çatacaq ki, bu da Əlavə Dəyər Vergisinin (ƏDV) artması, ölkənin milli valyutası - rublun zəifləməsi ilə bağlıdır. Rusiyanın ÜDM-inin artım sürətinin isə 1,5% təşkil edəcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi