"Fitch" "PAŞA Yatırım Bankası"nın reytinqini təsdiq edib

"Fitch" "PAŞA Yatırım Bankası"nın reytinqini təsdiq edib "PAŞA Bank"ın Türkiyədəki törəməsinin reytinq üzrə proqnozu Azərbaycanla eynidir
Maliyyə
7 Aprel , 2017 09:28
Fitch PAŞA Yatırım Bankasının reytinqini təsdiq edib

Bakı. 7 aprel. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası"nın milli uzun müddətli reytinqini "A" səviyyəsində təsdiq edib. 

"Report" agentliyə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz isə "mənfi" saxlanılıb. 

"Fitch" bəyan edib ki, "PAŞA Yatırım Bankası"nın milli reytinqi onun Azərbaycanda yerləşən və səhmlərinin 99,92%-nə sahib olan əsas səhmdarı "Paşa Bank"ın verdiyi potensial dəstəklə müəyyən edilib. "Paşa Bank"ın Azərbaycanın müstəqil reytinq proqnozuna uyğun olaraq "mənfi" proqnoza sahib olması "PAŞA Yatırım Bankası"na da "mənfi" proqnoz verilməsinə əsas səbəb olub. 

Son xəbərlər

Orphus sistemi