Yuxarı

​"Fitch": Manatın devalvasiyası Azərbaycanın bir sıra qurumlarına təsir edəcək

Devalvasiya SOCAR-ın manatla ifadəsində gəlirlərini artırıb

Bakı. 3 mart. REPORT. AZ/ "Fitch Rating" beynəlxalq reytinq agentliyi Azərbaycanda milli valyutanın 33,5%-lik devalvasiyasının "Azərenerji" ASC-nin müstəqil kredit qabiliyyətini zəiflədəcəyini bildirir.

"Report"un Agentliyin yeni hesabatına istinadən verdiyi xəbərə görə, bu, şirkətin borc öhdəlikləri ilə gəlirləri arasında valyuta fərqinin artması və hedc əməliyyatları ilə özünü valyuta risklərindən sığortalaya bilməməsi ilə əlaqələndirilir. Ən az təsir "Azərbaycan Dəmir Yolları" QSC-yə olacağı proqnozlaşdırılır: "Çünki ADY əsasən neft məhsullarının nəqli ilə məşğuldur. Devalvasiyanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) isə təsiri minimal olacaq".

"Azərenerji"nin zəif kredit qabiliyyətliyinin onun reytinqinin aşağı salınmasına səbəb olacağı ehtimal olunmur. Çünki şirkətin reytinqi Azərbaycanın suveren reytinqi ilə eynidir ("BBB-"/stabil proqnoz). Əlavə olaraq "Azərenerji"nin Azərbaycan dövləti tərəfindən zəmanət və kapitalına dəstək verildiyi də mühüm əhəmiyyət kəsb edir.

Borclarının 80%-i xarici valyutada (avro, dollar və yen) olan "Azərenerji" bununla əlaqədar ciddi risklərlə üzləşib. Bununla yanaşı, şirkətin bütün gəlirləri milli valyutadadır və risklərin aradan qaldırılması üçün hedc edilməyib. Buna baxmayaraq, kreditlərin çox hissəsi dövlət zəmanətindədir və şirkətin reytinqi yalnız Azərbaycanın suveren reytinqi azaldıldığı və ya dövlət dəstəyinin azaldığı halda baş verə bilər.

"Azərbaycan Dəmir Yolları"nda isə vəziyyət bir qədər yaxşıdır. Borcların tam xarici valyutada olmasına baxmayaraq, bu müəssisənin maliyyə vəziyyəti "Azərenerji"dən daha yaxşıdır. Bu, qurumun gəlirlərinin 2/3-nin idxal-ixrac yükdaşımalarından əldə edilməsi ilə bağlıdır ki, burada da beynəlxalq tariflər İsveçrə frankında təyin olunub və şirkət tərəfindən dollarda nominallaşmaqdadır. Qeyd edək ki, ADY-nın da reytinqi suveren reytinqlə bərabərdir.

SOCAR-ın borclarının 80%-nin dollarda olmasına baxmayaraq, gəlirləri də əsasən dollara bağlıdır. Bu da müəssisənin borc/gəlir əmsalını neytrallaşdırır. Şirkətin devalvasiya nəticəsində milli valyuta ilə gəlirləri artıb və xərclərinin böyük hissəsi də manatla olduğundan neftin qiymətinin düşməsi ehtiyatlarına ciddi təsir etməyəcək. SOCAR-ın da reytinqi ölkənin suveren reytinqi ilə eynidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi