Yuxarı

“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

“Fitch” Gürcüstanın iqtisadi proqnozunu azaldılması səbəblərini dedi

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın iqtisadi artım proqnozuna dəyişiklik edib.

“Report”un yerli bürosu xəbər verir ki, yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb.

“Fitch” bu il qonşu ölkədə 4,6% iqtisadi artımın olacağını proqnoz edib.

Agentliyin məlumatında qeyd olunub ki, iqtisadi artımın azaldılmasını kredit qoyuluşunun artım tempinin ləngiməsi və Rusiyanın Gürcüstana aviauçuşlara qadağası şərtləndirib: “Rusiya Gürcüstana turist axınının ən böyük mənbələrindən biridir. Rusiyanın uçuşlara qadağa qoyması Gürcüstanın turizm sektorunun genişlənməsinə mane olur”.

“Fitch” Gürcüstanın suveren kredit reytinqini “BB” səviyyəsində saxlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi