“Fitch”: FED-in uçot dərəcəsini artırması Azərbaycan manatına birbaşa təsir etməyəcək

“Fitch”: FED-in uçot dərəcəsini artırması Azərbaycan manatına birbaşa təsir etməyəcək Yalnız neftin qiymətində ciddi dəyişiklik olarsa, bu, məzənnənin formalaşmasında rol oynaya bilər
Maliyyə
16 Mart , 2017 10:20
“Fitch”: FED-in uçot dərəcəsini artırması Azərbaycan manatına birbaşa təsir etməyəcək

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərar Azərbaycan manatının məzənnəsinə birbaşa təsir etməyəcək.

“Report” xəbər verir ki, bunu “Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib.

Qurumda hesab edirlər ki, uçot dərəcəsinin artımı yalnız dolayı yolla psixoloji təzyiq yarada bilər: “Yalnız neftin qiymətində ciddi dəyişiklik olarsa, bu, məzənnənin formalaşmasında rol oynaya bilər”. 

Xatırladaq ki, dünənki qərarla FED uçot dərəcəsini 0,75-1,00%-dək artırıb.

Son xəbərlər

Orphus sistemi