"Fitch” "DəmirBank"ın reytinqi yeniləyib

"Fitch” "DəmirBank"ın reytinqi yeniləyib Bankın qısamüddətli reytinqi "B" olaraq saxlanılıb
Maliyyə
15 Sentyabr , 2016 19:24
Fitch” DəmirBankın reytinqi yeniləyib

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Fitch” beynəlxalq reytinq agentliyi "DəmirBank" ASC-nin xarici valyutada olan qısamüddətli reytinqini "B" olaraq saxlayıb. 

"Report"un məlumatına görə, agentlik Bankın uzunmüddətli reytinqini isə "B-" olaraq yeniləyib. 

Ümumiyyətlə, son dəyişiklikdən sonra “Fitch Ratings” üzrə "DəmirBank"ın göstəriciləri aşağıdakı kimidir:

Xarici valyutada uzunmüddətli IDR: 'B-', RWN
Xarici valyuta qısamüddətli IDR: 'B', RWN
Dayanıqlılıq reytinqi: ‘ccc’, RWN
Dəstək reytinqi: '5'
Uzunmüddətli IDR-in dəstək reytinqi: 'No Floor' 

Qeyd edək ki, “Fitch” son reytinq qiymətləndirilməsini apararkən "DəmirBank"ın nizamnamə kapitalının 50 mln. manat artırılması qərarını nəzərə alınmayıb. Bu qərar "DəmirBank"ın səhmdarlarının avqustun 6-da keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. 

Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhmi var. Səhmlərin 25%-i EBRD-ya, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi