“Fitch” "Cənub Qaz Dəhlizi"nin istiqrazlarının reytinqini dəyişməyib

“Fitch” "Cənub Qaz Dəhlizi"nin istiqrazlarının reytinqini dəyişməyib Reytinq üzrə proqnoz isə "Sabit" olaraq qalıb
Maliyyə
15 Mart , 2018 14:51
“Fitch” Cənub Qaz Dəhlizinin istiqrazlarının reytinqini dəyişməyib

Bakı. 15 mart. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin qorunmayan avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini yenidən "BB+" səviyyəsində qiymətləndirib. 

"Report" xəbər verir ki, reytinq üzrə proqnoz isə "Sabit" olaraq qalıb. 

Xatırladaq ki, Azərbaycan hökumətinin zəmanət verdiyi 2 mlrd. ABŞ dolları dəyərində avrobondlar 2026-cı ilə qədər dövriyyədə olacaq. 

Son xəbərlər

Orphus sistemi