“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini BB+ səviyyəsində təsdiqləyib

“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini BB+ səviyyəsində təsdiqləyib “Fitch beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli reytinqini BB+ səviyyəsində təsdiqləyib.
Maliyyə
15 Mart , 2019 18:15
“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini BB+ səviyyəsində təsdiqləyib

“Fitch" beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli reytinqini BB+ səviyyəsində təsdiqləyib.

“Fitch Ratings”dən “Report”a verilən məlumata görə, reytinq üzrə proqnoz stabildir.

Bildirilib ki, “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-ci ildə başa çatacaq 2 mlrd. ABŞ dolları məbləğindəki avrobondlar üzrə reytinqi BB+ səviyyəsində, proqnozu stabil olaraq təsdiqləyir. Bu, agentliyin əvvəlki qiymətləndirməsi ilə eynidir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Xatırladaq ki, 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, 2017-ci ilin mart ayında 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb və həmin istiqrazlar 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi