​"Fitch" agentliyi "Azərbaycan Dəmir Yollar"nın kredit reytinqini geri çağırıb

​"Fitch" agentliyi "Azərbaycan Dəmir Yollar"nın kredit reytinqini geri çağırıb Bundan öncə dəmiryolu şirkəti "Standard & Poor's"la əməkdaşlıqdan imtina edib
Maliyyə
26 Yanvar , 2016 09:49
​Fitch agentliyi Azərbaycan Dəmir Yollarnın kredit reytinqini geri çağırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin "neqativ" proqnozlu "BBB-" dərəcəli kredit reytinqini geri çağırıb.

"Report"un xəbərinə görə, "Fitch"dən bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" reytinq qiymətləndirməsi prosesində iştirakdan imtina etdiyi üçün Agentlik artıq onun reytinq qiymətləndirməsini həyata keçirə bilməyəcək. Bundan başqa, Agentlik "Azərbaycan Dəmir Yolları"nın analitik qiymətləndirməsini də təqdim etməyəcək.

Qeyd edək ki, cari ilin yanvarın 5-də "Azərbaycan Dəmir Yolları" QSC, "Standard & Poor's" beynəlxalq reytinq agentliyi ilə də əməkdaşlıqdan imtina edib. "Standard & Poor's" agentliyi reytinq qiymətləndirməsindən emitentin xahişi ilə imtina etdiyini bildirib. 

Qeyd edək ki, "S&P" 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə "neqativ"  səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyini 3 gün gecikdirməsi olub.

Son xəbərlər

Orphus sistemi