"Fitch" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqi üzrə proqnozunu artırıb

"Fitch" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqi üzrə proqnozunu artırıb Bakı. 28 fevral. REPORT.AZ/ Fitch beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqini BB+ səviyyəsində təsdiqləyib, kredit reytinqi üzrə proqnozunu isə neqativdən stabilə artırıb.
Maliyyə
28 Fevral , 2018 17:00
Fitch Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqi üzrə proqnozunu artırıb

Bakı. 28 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqini "BB+" səviyyəsində təsdiqləyib, kredit reytinqi üzrə proqnozunu isə "neqativ"dən "stabil"ə artırıb.

"Report" bu barədə "Fitch"ə istinadən xəbər verir.

Agentlik proqnozun "stabil"ə qədər artırılmasını Azərbaycanın suveren reytinqi üzrə proqnozu ilə bərabərləşdirdiyi ilə izah edib. 

Qeyd edək ki, "Fitch" 2018-ci il fevralın 2-də Azərbaycanın kredit reytinqi üzrə proqnozunu "stabil"ə qədər artırıb.

Son xəbərlər

Orphus sistemi