"Fitch" Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib

"Fitch" Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib Onun reytinqi Azərbaycanın suveren reytinqinə bərabərləşdirilib
Maliyyə
2 Mart , 2017 09:21
Fitch Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib

Bakı. 2 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Azərbaycan İpoteka Fondu" (AİF) ASC-nin uzunmüddətli yerli və xarici valyutada emitentin defolt reytinqini "BB+", proqnozu isə "neqaıtiv" olaraq təsdiq edib. 

"Report" xəbər verir ki, Agentlik AİF-in reytinqini Azərbaycanın suveren reytinqinə uyğunlaşdırıldığını bildirib. Bununla yanaşı, "Fitch" təşkilatın dövlətlə sıx əlaqələrinin olduğunu, dövlət mənzil siyasətinində əsas rol oynadığını və dövlətin ciddi nəzarəti altında olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi