Yuxarı
    Bağlamaq

    ​Fitch: Azərbaycan əmtəə qiymətlərinin artımından ən çox gəlir götürən ölkələr sırasındadır

    “Fitch” hesab edir ki, CEMs-də ən aşağı gəlir götürən ölkələr Bəhreyn, Qabon, Venesuela və Surinamdır

    Bakı. 27 may. REPORT.AZ/ İqtisadi inkişaf, fiskal siyasət və xarici maliyyələşməni nəzərə alaraq Azərbaycan 2003-cü ildən bəri əmtəə əsaslı inkişaf etməkdə olan bazarlarda (CEMs) əmtəə qiymətlərindəki artımdan ən çox gəlir götürən ölkələr sırasındadır. “Report” xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd edilir.

    Agentliyin məlumatına görə, əmtəə qiymətlərinin artımından yararlanan ölkələr sırasında Azərbaycanla yanaşı Boliviya, Peru və Kot-Divuarın adı da yer alıb.

    “Fitch” hesab edir ki, CEMs-də ən aşağı gəlir götürən ölkələr Bəhreyn, Qabon, Venesuela və Surinamdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi