"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqini "məhdud defolt" səviyyəsinə endirib

"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqini "məhdud defolt" səviyyəsinə endirib Reytinq agentliyi: Restrukturizasiya depozitlərə aid olmayacaq
Maliyyə
25 May , 2017 14:13
Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqini məhdud defolt səviyyəsinə endirib

Bakı. 25 may. REPORT.AZ/ "Fitch" beynəlaxlq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli emitentin defolt reytinqini "CCC" səviyyəsindən "RD" (Restricted default - məhdud defolt) səviyyəsinə endirib. 

"Report" "Fitch"ə istinadən xəbər verir ki, reytinqin endirilməsi ABB-nin 23 may tarixində xarici borclarının restrukturizasiyası planını elan etməsindən sonra baş verib. Borcun restrukturizasiyası "Fitch"in meyarlarına görə borcun dəyişdirilməsi problemi (DDE) yaradacaq. Çünki restrukturizasiya, iri borcların müddətinin azaldılması ilə bərabər üçüncü tərəf kreditorların borclarının azaldıması, vaxtlarının uzadılması və faiz dərəcələrinin azaldılmasını ortaya çıxarıb.

ABB restrukturizasiya planını bu ilin iyul ayında kreditorların iclasından sonra tamamlayacaq. Lakin "Fitch" indidən ABB-nin reytinqini aşağı salıb. Belə ki, bank artıq öz öhdəliklərinə xidməti dayandırıb. Bu durum Bankın borclarının restrukturizasiyası tamamlanana qədər davam edəcək. Restrukturizasiya 2,2 mlrd. dollar dəyərində iri, qeyri-dövlət xarici valyuta borclarını əhatə edir. Restrukturizasiya depozitlərə və milli valyutada olan qeyri-depozit öhdəliklərinə aid olmayacaq.

Son xəbərlər

Orphus sistemi