"Fitch" Azərbaycan bankının reytinqini azaldıb

"Fitch" Azərbaycan bankının reytinqini azaldıb Bakı. 11 avqust. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Atabank" ASC-nin kredit reytinqini qiymətləndirib. "Report" xəbər verir ki, ...
Maliyyə
11 Avqust , 2017 10:04
Fitch Azərbaycan bankının reytinqini azaldıb

Bakı. 11 avqust. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Atabank" ASC-nin kredit reytinqini qiymətləndirib. 

"Report" xəbər verir ki, agentlik bankın uzunmüddətli defolt reytinqini "B-"dən "CCC" səviyyəsinə endirb, reytinq üzrə proqnozu isə "sabit" saxlayıb. 

Agentlik qərarını "Atabank"ın "Caspian Development Bank" ASC ("CDB Bank") ilə birlişdikdən sonra kredit portfelinin keyfiyyətinin azalması və "B-" səviyyəsinə uyğun olmaması ilə izah edib. Bununla belə, qurum hesab edir ki, bankın aktivlərinin keyfiyyətində kapitallaşma baxımından daha möhkəm olan "CDB Bank"la konsolidasiyadan müsbətə doğru dəyişiklik olub. 

"Fitch" həmçinin bəyan edib ki, bu ilin 1-ci yarısının yekununda "Atabank"ın vaxtı keçmiş kreditləri ümumi kredit portfelində 42% paya malik olub. Bu, ilin əvvəli ilə müqayisədə 28 faiz bəndi çoxdur. Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları bu il iyunun 1-nə xalis əməliyyat mənfəətinin 26%-i qədər olub. Halbuki, yanvarın 1-də bu nisbət 39% təşkil edib. Hesabat dövründə "Atabank" "CDB Bank"la birləşməzdən əvvəl nizamnamə kapitalını 20 mln. manat artırsa da, onun vaxtı keçmiş kreditləri iyulun 1-də əsas kapitalın 1,2 misli qədər olub. Halbuki, yanvarın 1-də bu nisbət 80% təşkil edib. 

"Fitch" "Atabank"ın verdiyi ən iri 25 korporativ krediti təhlil edərək bu qərara gəlib ki, 2017-ci ilin ilk yarısında bu kreditlərin həcmi məcmu kredit portfelinin 26%-nə bərabər olub. Bankla əlaqəli şirkətlərə kreditlər isə məcmu kredit portfelinin 4%-ni təşkil edib. Bankın pərakəndə kredit portfeli isə məcmu portfelin 21%-nə bərabər olub və bu kreditlərin 1/3 hissəsi vaxtı keçmiş kreditlərə çevrilib.

Konsolidasiyadan sonra "Atabank"ın I dərəcəli və məcmu kapitalının adekvatlıq əmsalları müvafiq olaraq 21,4% və 22,9% təşkil edib. Bu göstəricilər cari ilin may ayının 1-nə 12,8% və 14,2% olub. 

Son xəbərlər

Orphus sistemi