"Fitch" agentliyi "Atabank"ın reytinqini təsdiqləyib

"Fitch" agentliyi "Atabank"ın reytinqini təsdiqləyib Agentlik bankı "RWN" statusundan çıxarıb
Maliyyə
16 Avqust , 2016 12:38
Fitch agentliyi Atabankın reytinqini təsdiqləyib

Bakı. 16 avqust. REPORT.AZ/ “Fitch Ratings” beynəlxalq reytinq agentliyi "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B", uzunmüddətli reytinqini “B-“ səviyyəsində növbəti dəfə təsdiqləyib və bankı “RWN” statusundan çıxarıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, Agentlik “AtaBank” ASC-nin reytinqini qiymətləndirərkən korporativ idarəetmədə müsbət təcrübəsini, stabilliyini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürüb.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank"ın Bakıda və ölkənin müxtəlif regionlarında 26 filial və şöbəsi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi