​"Fitch" agentliyi SOCAR-ın valyuta istiqrazlarının reytinqini "BBB-" səviyyəsində təsdiq edib

​"Fitch" agentliyi SOCAR-ın valyuta istiqrazlarının reytinqini "BBB-" səviyyəsində təsdiq edib Emissiyanın yerləşdirilməsindən əldə olunacaq vəsaitin əsaslı xərclərə yönəldilməsi planlaşdırılır
Maliyyə
6 Mart , 2015 17:09
​Fitch agentliyi SOCAR-ın valyuta istiqrazlarının reytinqini BBB- səviyyəsində təsdiq edib

Bakı. 6 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyutada emissiya edəcəyi istiqrazların reytinqini "stabil" proqnozla "BBB-" səviyyəsində təsdiq edib.

"Report"un məlumatına görə, istiqrazların beynəlxalq bazarda yerləşdirilməsindən əldə olunacaq vəsaitin əsaslı xərclər və digər ümumi korporativ məqsədlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Reytinqin təsdiq olunmasında əsas olaraq Azərbaycanın eyni ("BBB-"/stabil) reytinqə malik olması diqqətə alınıb. Belə ki, SOCAR Azərbaycan dövlətinin neft-qaz sənayesində əhəmiyyətli və strateji şirkətdir. SOCAR istər dövlətlə, istərsə də Dövlət Neft Fondu ilə sıx əlaqədədir. SOCAR-ın qısamüddətli borclarının 2,2 mlrd. dollar, nağd vəsaitlərinin isə 1,5 mlrd. dollar olduğu vurğulanıb. Nağd vəsaitlərin 50%-i "BB" (stabil) reytinqinə sahib olan Azərbaycan Beynəlxalq Bankında saxlanılır. 2013-cü ilin sonunda qısamüddətli borcların ümumi borclarda payı 30% idisə, 2014 -cü ilin ortalarında bu göstərici 32%-ə yüksəlib.

"Fitch" agentliyi Azərbaycanın suveren reytinqi dəyişmədiyi və SOCAR-a dövlət dəstəyi davam etdiyi müddətdə şirkətin reytinqinin bu səviyyədə qalacağını bildirib.

Son xəbərlər

Orphus sistemi