Fitch agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb

Fitch agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb Rusiya Federasiyasının reytinqi "BBB"dən mənfi "BBB"-yə düşdü
Maliyyə
10 Yanvar , 2015 02:15
Fitch agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Ukrayna böhranı Rusiyanın kredit reytinqinə birbaşa təsir edir.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiya Federasiyasının kredit reytinqini "BBB"dən mənfi "BBB"-yə salıb.

Agentlik bu qərarını Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla izah edib.

Mənfi "BBB" reytinqi "sərmayə edilə bilər" səviyyənin ən aşağı səviyyəsinə işarə edir. Bu səviyyədən aşağı "zibil" olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi