Yuxarı
    Bağlamaq

    "Fitch" agentliyi qlobal iqtisadiyyat üzrə artım proqnozunu artırıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artım üzrə proqnozunu artırıb.

    "Report" "Fitch"ə istinadən xəbər verir ki, bu barədə agentliyin "Global Economic Outlook" icmalında məlumat verilir.

    Məlumatda bildirilib ki, 2017-ci ildə qlobal iqtisadi artım proqnozu əvvəlki hesabatla müqayisədə 0,1 faiz bəndi artırılaraq 3,2%, 2018-ci il üçün isə 0,1 faiz bəndi artırılaraq 3,3%-ə çatdırılıb. İnkişaf etməkdə olan ölkələrdə maliyyə vəziyyətinin müsbət istiqamətdə dəyişəcəyi, əmək bazarının istehlakçı inamının artması və ev təsərrüfatlarının xərclərinin yüksəlməsi amilləri ilə dəstəklənəcəyi ehtimal edilib.

    "Fitch" ABŞ iqtisadiyyatında artım tempini 2,1%-dən 2,3%-ə yüksəldib. Avrozona iqtisadiyyatı üzrə artım proqnozu 1,8%-dən 2,2%-ə, Britaniya iqtisadiyaytı üzrə isə 1,4%-dən 1,6%-ə çatdırılıb. Agentliyə görə, Çin iqtisadiyyatında yavaşlama cüzi olacaq. "Fitch" Çin iqtisadiyyatının 2017-ci ildə 6,8%, 2018-ci ildə isə 6,4% artacağını ehtimal edir. İnkişaf etməkdə olan ölkələrdə isə xammal qiymətlərinin artması amili fonunda iqtisadi artımın bərpa olunacağı proqnozlaşdırılır. İnkişaf etməkdə olan ölkələrin 2017-ci ildə 5,1%, 2018-ci ildə 5,2% iqtisadi artım əldə edəcəyi bildirilir.

    "Fitch"in baş iqtisadçısı Brayan Kultona (Brian Coulton) görə, "2018-ci ildən sonra qlobal iqtisadi artım sabitləşəcək, tədricən monetar siyasətin dünya üzrə sərtləşdirilməsi gözlənilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi