Bakı. 27 may. REPORt.AZ/ "Fitch Ratings" agentliyi "PAŞA Bank" ASC-nin uzunmüddətli emitent defoltu reytinqini "BB-"dən "B+"a salıb.
"Report" bu barədə Agentliyin rəsmi saytına istinadən xəbər verir.
Agentlik həmçinin "PAŞA Yatırım Bankası A.S."nin milli uzunmüddətli reytinqini "A"dan "BBB+"a endirib. Hər iki reytinq üzrə proqnoz "neqativ"dən "stabil"ə yenilənib.