Yuxarı

"Fitch" agentliyi Azərbaycanın 3 kommersiya bankının reytinqini təsdiq edib - YENİLƏNİB

Reytinqlər Azərbaycanın suveren reytinqinə uyğunlaşdırılıb

İlk xəbər saat 10:29-da verilib

Bakı. 10 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Pasha Bank" ASC-nin uzunmüddətli emitentin defolt reytinqini (İDRs) müvafiq olaraq "BB" və "BB-" səviyyəsində təsdiq edib. Bununla yanaşı, Agentlik "Accessbank"in üzunmmüddətli emitentin defolt reytinqi isə "BBB-"dan "BB+"a endirilib. 

"Report" xəbər verir ki, "Fitch" hər üç bankın reytinqi üzrə proqnozu "neqativ" olaraq açıqlayıb. Agentlik adı çəkilən bankların reytinq dərəcəsini Azərbaycanın suveren reytinqini əsas tutaraq qiymətləndirdiyini bildirib. Qeyd edək ki, "Fitch" 2016-cı il fevralın 26-da Azərbaycanın suveren reytinqini "BB+" endirib.

ABB-nin reytinqinin "BB" səviyyəsində təsdiq edilməsi hökumətin banka lazımi dəstəyin göstərilməsini əks etdirir. Belə ki, hökumətin ABB-yə 3 mlrd. manat maliyyə yardımı 2016-cı ilin yanvarında başa çatıb. Səhmdarların isə nizamnamə kapitalını 500 mln. manat artırmağı planlaşdırdığı bildirilib və bundan sonra Maliyyə Nazirliyinin bankdakı payı 51,1%-dən 80%-dək yüksələcəyi ehtimal edilir.

"Accessbank"ın reytinqinin "BBB-"dan "BB+"a, dəstək reytinqinin isə "2"dən "3"ə azaldılmasını Agentlik Azərbaycanın suveren reytinqinə uyğunlaşdırdığını, Bankın valyuta risklərinin artdığını, beynəlxalq maliyyə institutları tərəfindən dəstəyin nə dərəcədə veriləcəyi əsasında Bankın gələcək reytinqinin formalaşacağını qeyd edib.

"Pasha Bank"ın kredit reytinqini "BB-" səviyyəsində təsdiq edən "Fitch" bildirib ki, Bank sistemi əhəmiyyətli və "Kapital Bank" ASC ilə yaxın əlaqələrdə olduğu üçün hökumət tərəfindən dəstəklənməsi ehtimal edilir. Bankın 2015-ci ilin ilk yarısının yekunlarına görə, ölkə üzrə məcmu bank depozitlərinin 8,1%-nə, kreditlərin isə 3,2%-nə sahib olduğu qeyd edilib.

***

ABB-nin reytinqini təsdiq edərkən "Fitch" bir sıra önəmli amilləri açıqlayıb. Belə ki, ABB ölkənin bank sektoru üzrəməcmu aktivlərin 35%-nə sahib olmaqla sistem əhəmiyyətli bank statusuna malikdir. Bankın əsas səhmdarı dövlətdir, kapitalı ÜDM-in 2%-nə, aktivləri isə 25%-nə bərabərdir. Bu səbəbdən ABB-nin defoltu hökumətin reputasiyasının pozulmasına gətirib çıxara bilər.

"Bankla ölkənin suveren reytinqi arasındakı bir pilləlik fərq ABB-nin hökumət tərəfindən tam dəstəklənməməsi, sadəcə qısamüddətli yardım göstərilməsinin nəticəsidir. Azərbaycan maliyyə stressi ilə üzləşərsə,Banka tam dəstək göstərilməyə bilər", - deyə Agentliyin hesabatında qeyd olunub.

ABB-nin dayanıqlılıq reytinqinin "b-" kimi təsdiqlənməsi Bankın kredit portfelinin keyfiyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Belə ki, 3 mlrd. manatlıq problemli kreditlərin alınmasına baxmayaraq, 2015-ci ilin yekununda 60%-ə yaxın olan dollar kreditləri aktivlərin keyfiyyətini aşağı salmağa davam edir.

"Bankın kapitalının 500 mln. manat artırılması müsbət addım sayılacaq. LakinBankın aşağı rentabelliyi və qısamüddətli perspektivdə yenidən maliyyələşmə risklərinin artması proqnozlaşdırılır.ABB-nin problemli kredit portfelinin məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda7% təşkil etsə də ,"Fitch" Bankın 20 böyük müştəriyə verdiyi kreditlərin kapitaldan 3,8 dəfə çox olduğunu və bu kreditlərin təhlil edilməsi zəruridir. Böyük həcmli kreditlərlə bərabər Bankın Rusiyada bitməmiş tikinti layihələri aktivlərə əlavə təzyiq göstərir. Bank rəhbərliyinin sözlərinə görə, hökumətlə problemli kreditlərin alınması üçün yeni vəsaitlin alınması məsələsi müzakir edilir", - deyən Agentlik yaxın vaxtlarda ABB-nin rentabelliyinin yüksəlməyəcəyini düşünür.

ABB 2015-ci ilin dekabr-2016-cı ilin ynvar aylarında müştərilər tərəfindən depozitlərin 5-10%-nin geri götürülməsi ilə üzləşib. Buna baxmayaraq, korporativ müştərilər (2015-ci ilin sonuna öhdəliklərin 33%-i) öz mövqelərini qoruyub. Bankın maliyyələşməsinin 80%-ni ötən ilin sonuna dollar vəsaitləri təşkil edib.

"Accessbank" QSC-nin reytinqi isə onun beynəlxalq maliyyə qurumları ilə strateji əlaqələri və bu qurumların inkişaf etməkdə olan ölkələrin mikromaliyyə kreditləşməsi üzrə öhdəliyini əks etdirir. Bankın səhmdarlarının beynəlxalq maliyyə institutları olması və risklərin onların inteqrasiya olunan prinsipləri ilə idarə olunması müsbət qiymətləndirilib."Fitch" yaxın illərdə beynəlxalq maliyyə institutlarınınBankdan ayrılacağını ehtimal etmir.

"Accessbank"ın dayanıqlılıq reytinqinin "bb-" kimi təsdiqlənməsi Bankın kredit qabiliyyətinin yüksək olması, aktivlərinin keyfiyyətinin yeterliliyi, kapitalın adekvatlığını əks etdirir. Buna baxmayaraq, Agentlik Bankın maliyyə profilinin 12-18 ay ərzində pisləşəbiləcəyini də qeyd edib.

Ötən ilin yekununda Bankın 30 günü ötmüş problemli kreditləri 7,4%-ə yüksəlib. Belə ki, 2014-cü ilin sonunda bu göstərici 0,8% olub. Restrukturizasiya edilmiş kreditlər isə 2014-cü ilin sonunda 0,5% olduğu halda,2015-ci ilin sonunda 28%-ə çatıb.Bankın kredit portfelinin 70%-ni valyuta kreditləri təşkil etdiyi üçün 2016-cı ildə aktivlərin keyfiyyətinin aşağı düşməsi ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi