​"Fitch" agentliyi Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib

​"Fitch" agentliyi Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib "Fitch Ratings" 2010-cu ildə Fondun kredit reytinqini Azərbaycanın ölkə reytinqinə bərabərləşdirib
Maliyyə
21 May , 2015 16:29
​Fitch agentliyi Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib

Bakı. 21 may. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycan İpoteka Fondunun (AİF) fəaliyyətinin "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. 

"Report"un məlumatına görə, qiymətləndirməyə əsasən, AİF-ə yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş "sabit" proqnozlu “BBB-” kredit reytinqi "Fitch" tərəfindən təsdiqlənib.

Məlum olduğu kimi, "Fitch" beynəlxalq reytinq agentliyi 2010-cu ildə verdiyi qərarla AİF-in kredit reytinqini Azərbaycanın ölkə reytinqinə bərabərləşdirib.

Agentliyin məlumatında deyilir ki, Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi AİF-in dövlət qurumu statusu, Mərkəzi Bankın Fonda göstərdiyi yüksək dəstək mexanizmləri, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rol oynaması ilə bağlıdır.

Hazırda AİF müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli əhaliyə bazar faiz dərəcələrindən aşağı dərəcələrlə ipoteka kreditlərinin verilməsini təmin edir və bu günədək Fondun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin sayı təqribən 16,7 min olmaqla 670 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi