​"Fitch" agentliyi: Azərbaycan Beynəlxalq Bankının problemli kreditləri satılmalıdır

​"Fitch" agentliyi: Azərbaycan Beynəlxalq Bankının problemli kreditləri satılmalıdır Agentlik Bankın "emitentin defoltu" və" dayanıqlığı" reytinqləri üzrə gözləntiləri "pozitiv" siyahısına daxil edib
Maliyyə
10 Avqust , 2015 16:29
​Fitch agentliyi: Azərbaycan Beynəlxalq Bankının problemli kreditləri satılmalıdır

Bakı. 10 avqust. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqini artırmaq üçün əsas şərtlərini açıqlayıb. Şərtlərə görə, ABB-nin problemli kreditlərinin satışı müvəffəqiyyətlə bitdikdən sonra "Fitch" bankın xarici valyutada "emitentin defolt reytinqi"ni "BB" səviyyəsindən "BB+"a, "bankın dayanıqlığı"nı isə "b-"dan "b" və ya "b+"a qədər artıra biləcəyini bildirib.

"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, əks halda hökumət ABB-nin problemli kreditlərini almaqdan vaz keçərsə və ya müəyyən miqdarda problemli kreditləri bankda saxlayarsa, reytinqin artırılması məsələsi gündəmdən çıxarılacaq.

Qeyd edək ki, "Fitch" problemli kreditlərin satılması ilə əlaqədar hər hansı çətinlik olacağını gözləmir.

Agentliyin bu gün açıqladığı məruzədə ABB-nin xarici valyutada "emitentin defoltu" və "dayanıqlığı" reytinqləri üzrə gözləntiləri (Rating Watch) "pozitiv" siyahısına daxil edilib. Bu, ABB-nin maliyyə bazasının sağlamlaşdırıldığını göstərir.

"Fitch" agentliyi özəlləşdirmə proqramı çərçivəsində ABB-nin 2015-ci ilin sonuna qədər problemli kreditlərdən azad edilməsi qərarını dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi