"Fitch" agentliyi AİF-ın reytinqini azaldıb

"Fitch" agentliyi AİF-ın reytinqini azaldıb Reytinq üzrə proqnoz isə "neqativ" təsdiqlənib
Maliyyə
3 Mart , 2016 09:49
Fitch agentliyi AİF-ın reytinqini azaldıb

Bakı. 3 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-"dan "BB+"a endirib. "Report" xəbər verir ki, Agentlik Fondun kredit reytinqi üzrə proqnozu isə "neqativ" olaraq təsdiq edib. "Fitch" AİF-in kredit reytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyini bildirib.

Xatırladaq ki, fevralın 26-da "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqini "BBB-"dən "BB+"a azaldıb, proqnozu isə "neqativ"ə dəyişib. Agentlik AİF-in kredit reytinqində gələcəkdə hər hansı bir dəyişikliyi Azərbaycanın suveren reytinqində mümkün dəyişikliklərdən asılı olduğunu vurğulayır.

Son xəbərlər

Orphus sistemi