"Fitch": ABB-nin sanasiyası gələn il tamamlanacaq

"Fitch": ABB-nin sanasiyası gələn il tamamlanacaq Azərbaycan bank sektoru kapital və likvidlik problemi ilə üzləşib
Maliyyə
12 Dekabr , 2016 16:38
Fitch: ABB-nin sanasiyası gələn il tamamlanacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankına (ABB) dövlət dəstəyi davam etdiriləcək, sağlamlaşdırma və balansın təmizlənməsi prosesi 2017-ci ildə tamamlanacaq. 

"Report" xəbər verir ki, bu məlumat "Fitch" Beynəlxalq Reytinq Agentliyi tərəfindən hazırlanmış "MDB-nin bank sektoru" hesabatında qeyd olunub.

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan bank sektoru milli valyuta kəskin ucuzlaşmasından və borcların əksər hissəsinin dollarda olmasına görə aktivlərinin keyfiyyətinin pozulması səbəbindən kapital və likvidlik problemi ilə üzləşib. 

Bankların kapital kəsiri və yüksək səviyyədə olan zərər səbəbindən "Fitch" 2017-ci ildə bankların iflası və sağlamlaşdırılması proseslərinin davam edəcəyini gözləyir. Agentlik ölkənin bank sektorunun "neqativ" proqnozunun bankların maliyyə vəziyyətinin pisləşməsi ilə izah edir, həmçinin dövlətin müstəqil reytinqində də proqnozun "neqativ" olması ilə əsaslandırır.

Son xəbərlər

Orphus sistemi