"Fitch": "AAA" kredit reytinqinə sahib ölkələrin sayı 14 illik minimuma enib

"Fitch": "AAA" kredit reytinqinə sahib ölkələrin sayı 14 illik minimuma enib Ən yüklsək reytinqə yalnız 11 ölkə sahibdir
Maliyyə
9 Fevral , 2017 17:26
Fitch: AAA kredit reytinqinə sahib ölkələrin sayı 14 illik minimuma enib

Bakı. 9 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyindən maksimal - "AAA" dərəcəli reytinqi olan ölkələrin sayı son 14 ildə ən minimal səviyyəyə düşüb. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, 2004-2009-cu illərdə "AAA" reytinqinə sahib olan ölkələrin sayı 16 olduğu halda, hazırda 11-ə enib. "Fitch" bu reytinqə sahib olan ölkələrin sayının yaxın iki ildə artacağını gözləmir. 

"AAA" reytinqli ölkələrin istiqrazlarının məcmu istiqraz bazarında xüsusi çəkisi də 2007-ci ildəki 48%-dən 40%-dək geriləyib. Ən yüksək reytinqli ölkələrin "stabil" proqnoza sahib olması isə yaxın 12-24 ayda onların reytinqinin dəyişməyəcəyini göstərir.

Agentlik Yaponiyanın 1998-ci ildə "AAA" reytinqini itirdikdən sonra, 2009-cu ildə Avstriya, Finlyandiya, Fransa, İrlandiya, İspaniya və İngiltərənin də eyni vəziyyətlə qarşılaşdığını xatırladıb. Son 10 il ərzində isə "AAA" reytinqinə yüksələn tək ölkə Avstraliya olub.

Hazırda maksimal reytinqə həmçinin Kanada, Danimarka, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, Sinqapur, İsveçrə, İsveç və ABŞ sahibdir.

Son xəbərlər

Orphus sistemi