Bakı. 20 avqust. REPORT.AZ/ “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 25,8% artaraq bu il yanvarın 1-nə 13,85 mln. təşkil edib.
“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Finoko”nun müştərilərə verdiyi xalis kreditlər 7,4% artaraq 11,319 mln. manata çatıb.
Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 29,5% artaraq 12,378 mln. manat, cəmi kapitalı isə 1,9% artaraq 1,473 mln. manat olub.
“Finoko” 2017-ci ili 26 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 8,6 dəfə azdır.