“Finoko” dollarda illik gəlirliliyi 14% olan istiqraz buraxır

“Finoko” dollarda illik gəlirliliyi 14% olan istiqraz buraxır Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq
Maliyyə
26 Dekabr , 2016 09:54
“Finoko” dollarda illik gəlirliliyi 14% olan istiqraz buraxır

Bakı. 26 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Finoko” ASC – bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. “Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 610 ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Kredit təşkilatından “Report”a verilən məlumata görə, qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14% təşkil edir. Faizlər rübdə bir dəfə ödəniləcək. Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.

Xatırladaq ki, "Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər

Orphus sistemi