"Finoko" aktivlərini 10% artırıb

"Finoko" aktivlərini 10% artırıb Qeyri-bank kredit təşkilatı ilk yarımilliyi 395 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
6 Oktyabr , 2016 09:36
Finoko aktivlərini 10% artırıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Finoko" bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2016-cı il iyulun 1-nə 9,595 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 9,8% çoxdur.

İyulun sonuna "Finoko"nun aktivlərinin 88%-ni və yaxud 8,438 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, 6 aylıq müqayisədə 3,1% artım deməkdir.

Yarım il ərzində BOKT-un cəmi öhdəlikləri 6,5% artaraq 7,533 mln. manat, məcmu kapitalı isə 23,7% artaraq 2,062 mln. manat olub.

Hesabat dövründə "Finoko"nun cəmi gəlirləri 1,139 mln. manat, cəmi xərcləri isə 743 min manat təşkil edib. Nəticədə, BOKT 2016-cı ilin ilk yarısını 395 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Finoko" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 100 min səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər

Orphus sistemi