Yuxarı
    Bağlamaq

    "Finex Credit" iki yeni istiqraz emissiyasına hazırlaşır

    İstiqrazların bir qismi 8%, digəri isə 22% gəlirlik təklif edir

    Bakı. 16 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı (AZ2009019244) dövlət qeydiyyatına alınıb.

    "Report" bu barədə Palataya istinadən xəbər verir.

    İstiqrazların ümumi həcmi 100 min dollar, tədavül müddəti 24 ay, gəlirliliyi illik 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək.

    “Finex Credit"in həmçinin hər birinin nominal dəyəri 1 000 manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı (AZ2010019241) qeydiyyata alınıb. Qapalı üsulla yerləşdiriləcək bu istiqrazların emissiyasının ümumi həcmi 200 min manat, tədavül müddəti 24 ay, gəlirliliyi isə illik 22% təşkil edir.

    Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Onun nizamnamə kapitalı 600 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 6 min səhm əsasında formalaşıb. BOKT-un səhmlərinin 73,3%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,8%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi