“Finex Kredit” 17% gəlirliliklə istiqraz buraxır

“Finex Kredit” 17% gəlirliliklə istiqraz buraxır “Finex Kredit BOKT”un istiqrazlarının buraxılışı qeydiyyata alınıb
Maliyyə
2 Noyabr , 2016 10:33
“Finex Kredit” 17% gəlirliliklə istiqraz buraxır

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan  Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2007019246 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

"Report"a bu barədə Palatadan məlumat verilib.

İstiqrazların tədavül müddəti 576 gün, illik gəlirlik dərəcəsi isə 17%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi