“Finex Kredit” BOKT-nin aktivləri 84% artıb

“Finex Kredit” BOKT-nin aktivləri 84% artıb “Finex Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 84,4% artaraq bu il yanvarın 1-nə 6,984 mln. manat təşkil edib.
Maliyyə
20 Aprel , 2019 13:14
“Finex Kredit” BOKT-nin aktivləri 84% artıb

“Finex Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 84,4% artaraq bu il yanvarın 1-nə 6,984 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Finex Kredit”in müştərilərə verdiyi xalis kreditlər 69,5% artaraq 6,057 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2 dəfə artaraq 6,011 mln. manat, cəmi kapitalı isə 16,95% artaraq 973 min manat olub.

“Finex Kredit” 2018-ci ili 141 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 3,9 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi