"Finex Credit" istiqrazlarını dövriyyədən çıxarıb

"Finex Credit" istiqrazlarını dövriyyədən çıxarıb Qiymətli kağızlar BOKT-un səhmdarlarının qərarına əsasən ləğv edilib
Maliyyə
4 Oktyabr , 2016 13:49
Finex Credit istiqrazlarını dövriyyədən çıxarıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Finex Credit" bank olmayan kredit təşkilatı (BOKT) iki mərhələdə dövriyyəyə buraxdığı 850 min dollarlıq istiqrazlarını bazardan çıxarıb.

"Report" xəbər verir ki, söhbət ötən il fevralın 25-də və iyunun 11-də emissiya edilmiş, müvafiq olaraq 400 min və 450 min dollarlıq faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlardan gedir.

Qiymətli kağızlar BOKT-un səhmdarlarının bu il iyulun 14-də keçirilmiş Ümumi Yığıncağının qərarına əsasən ləğv edilib.

Xatırladaq ki, "Finex Credit" ASC 2013-cü ildə yaradılıb, "Finex Group" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 572 min manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 5 720 səhm əsasında formalaşıb. Səhmlərin 88%-i "Finance Leasing" ASC-yə ("Finex Group"un digər üzvü), qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi