"Finex Credit" istiqraz emissiyasına başlayır

"Finex Credit" istiqraz emissiyasına başlayır İstiqrazlar üzrə illik gəlirlik 14% təşkil edir
Maliyyə
22 İyun , 2015 17:23
Finex Credit istiqraz emissiyasına başlayır

Bakı. 22 iyun. REPORT.AZ/ İyunun 25-də Bakı Fond Birjasında (BFB) “Finex Credit” ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi bir istiqrazın nominal dəyəri 500 ABŞ dolları olmaqla, məcmu 450 min dollar təşkil edir. İstiqrazların tədavül müddəti 1 080 gün, istiqrazlar üzrə illik gəlirlik isə 14%-dir. Anderrayter qismində “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

Bildirək ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə “Finex Credit”in qiymətli kağızları bu gündən etibarən BFB-da standart bazar seqmentində listinqə daxil edilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

Həmçinin, iyunun 23-də BFB-nin Listinq Komitəsinin qərarı ilə “Pirallahı Tikiş” ASC-nin qiymətli kağızları birjada alternativ bazar seqmentində listinqə daxil edilib. 

Son xəbərlər

Orphus sistemi