"Finex Credit"in bu ilin I yarısını mənfəətlə başa vurub

"Finex Credit"in bu ilin I yarısını mənfəətlə başa vurub Bakı. 14 avqust. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il iyulun 1-nə 3,582 mln. manat təşkil edi...
Maliyyə
14 Avqust , 2017 11:02
Finex Creditin bu ilin I yarısını mənfəətlə başa vurub

Bakı. 14 avqust. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il iyulun 1-nə 3,582 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 8,65% çoxdur.

“Finex Credit”in aktivlərinin 91,5%-ni və yaxud 3,277 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 6 ayda BOKT-un kredit portfeli 4,7% böyüyüb.

Hesabat dövründə “Finex Credit”in cəmi öhdəlikləri 10,25% artaraq 2,914 mln. manat, cəmi kapitalı isə 2,2% artaraq 668 min manat olub.

Bu ilin I yarısında BOKT-un gəlirləri 356 min manat, xərcləri isə 298 min manat təşkil edib. Son nəticədə “Finex Credit” 2017-ci ilin yanvar-iyun aylarını 58 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. BOKT-un dövriyyədə hər birinin nominal dəyəri 100 manat olan 6 min səhmi var. Səhmlərin 73,33%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,77%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi