​"FINCA Azerbaijan" xaricdən yeni kredit cəlb edib

​"FINCA Azerbaijan" xaricdən yeni kredit cəlb edib Bu vəsait Azərbaycanda mikromaliyyə sektoruna dəstək məqsədi ilə ayrılıb
Maliyyə
19 May , 2015 11:04
​FINCA Azerbaijan xaricdən yeni kredit cəlb edib

Bakı. 19 may. REPORT.AZ/ Fransanın "Proparco" maliyyə təşkilatı Azərbaycanda kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilməsi üçün kredit verilməsi məqsədilə “FINCA Azerbaijan”a yerli valyutada 11,5 mln. avro həcmində kredit xətti açıb. Bu barədə "Report"a “FINCA Azerbaijan”ın Bakıdakı mərkəzi ofisindən məlumat verilib.

"Proparco"nun baş icraçı direktoru Klod Periu (Clod Periou) kənd yerlərində maliyyə xidmətlərinin bütün təbəqələrə göstərilməsi üzrə təşkilatın üzərinə götürdüyü öhdəliyinə və Mərkəzi Asiyadakı mandatına tamamilə uyğun olan bu fəaliyyəti alqışladığını deyib: “FINCA Azerbaijan” təşkilatını dəstəkləməklə biz məsuliyyətli mikromaliyyə strukturunun tanıtımı ilə məşğul olan bu sahənin bir iştirakçısının mövqeyinin möhkəmləndirilməsinə öz töhfəmizi veririk".

“Proparco" tərəfindən ayrılmış bu kredit xətti minlərlə yeni və mövcud müştərilərə işlək kapital kreditinə çıxışı genişləndirməyə kömək edəcək”, - deyə “FINCA Azerbaijan”nın baş icraçı direktoru Tim Tarrant qeyd edib. “Kredit xətti Azərbaycan manatı ilə ayrıldığı üçün bu, kredit alanları valyuta məzənnəsində baş verən qeyri-stabil dəyişmələrdən qoruyacaq. Bu, həmçinin FINCA üçün bir maliyyə təsisatı kimi faydalı olan maliyyələşdirmə bazamızın daha da şaxələnməsinə xidmət edir”.

Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsində mikro, kiçik və orta həcmli biznesin aparıcı rol oynadığı Azərbaycanın mikromaliyyə sektorunda "Proparco" təşkilatının yerinə yetirdiyi ikinci əməliyyatıdır.

“FINCA Azerbaijan” rəsmiləri hesab edir ki, ayrılmış bu uzunmüddətli kredit vasitəsilə "Proparco" müştərilərin yerli valyuta ilə maliyyələşdirmə ehtiyacını qarşılamaq üçün “FINCA Azerbaijan”ın strategiyasının inkişaf etdirilməsinə kömək edir.

Son xəbərlər

Orphus sistemi