Yuxarı

"FINCA Azerbaijan" sığorta tenderi keçirir

Tender təşkilatın avtomobillərinin KASKO sıgortası üçün nəzərdə tutulub

Bakı. 13 yanvar. REPORT.AZ/ "FINCA Azerbaijan" şirkəti öz avtomobilləri və motosiklinin KASKO sıgortası üçün tender elan edib. Bu barədə "Report"a təşkilatın Marketinq Departamentindən məlumat verilib.

Şərtlərə görə, sığorta şirkətləri tərəfindən edilən qiymət təklifi yanvarın 19-dək təşkilata təqdim edilməlidir.

Əlavə olaraq, sığorta şirkətlərindən təchiz olunacaq malların sifariş verildikdən sonra hansı müddətdə təmin olunacağı, vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə kimi hüquqi sənədlərinin surəti təqdim edilməsi tələb olunur.

Tenderdə qalib olan təchizatçı şirkət yanvarın 29-dək "FINCA Azerbaijan" tərəfindən müəyyənləşdirilib elan olunacaq.

Xatırladaq ki, "FINCA Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir və hazırda 150 mindən artıq kiçik və orta sahibkara maliyyə xidmətləri göstərən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" Afrika, Avrasiya və Amerikadakı 22 ölkədə yüz minlərlə kiçik sahibkara öz biznesini inkişaf etdirmək üçün xidmət göstərən və mikro-maliyyə təşkilatlarının ümumdünya şəbəkəsi olan "FINCA International" təşkilatının bir qoludur.

Azərbaycandakı kredit fəaliyyəti Bakı şəhərində yerləşən baş ofis, rayon və şəhərlərdəki 66 filial tərəfindən idarə olunur. "FINCA Azerbaijan"ın 1 200 nəfərdən artıq işçisi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi