​"FINCA Azerbaijan" regiondakı ofislərində tikinti işləri üçün tender keçirir

​"FINCA Azerbaijan" regiondakı ofislərində tikinti işləri üçün tender keçirir Qalib olan şirkətə başqa rayonlarda da analoji işlər sifariş veriləcək
Maliyyə
5 Fevral , 2015 14:19
​FINCA Azerbaijan regiondakı ofislərində tikinti işləri üçün tender keçirir

Bakı. 5 fevral. REPORT.AZ/ “FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatı Neftçala, Ağstafa və Ağcabədi rayonlarındakı ofislərində tikinti və quraşdırma işlərinin icrası üçün tender elan edib. Bu barədə "Report"a təşkilatın Bakıdakı mərkəzi ofisindən məlumat verilib.

Maraqlı qurumlar qiymət təklifini fevralın 18-dək təqdim etməlidir. Əlavə olaraq təchiz olunacaq malların sifariş verildikdən sonra hansı müddətdə təmin olunacağı, zəmanət müddəti və şirkətin hüquqi sənədlərinin surəti təqdim olunmalıdır.

Tenderdə qalib olan təchizatçı şirkət fevralın 20-də "FINCA Azerbaijan"ın Tender Komissiyası tərəfindən müəyyənləşdirilib elan olunacaq. Qalib olan şirkətə yaxud şəxsə qeyd olunan ofislərdən başqa Sabirabad, Astara, Cəlilabad və s. rayonlarda eyni tip işlər sifariş veriləcək.

Qalib elan olunduqdan sonra hər hansı alqı-satqı əməliyyatı "FINCA Azerbaijan"ın təlimatlarına uyğun icra olunacaq.

Xatırladaq ki, "FINCA Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir və hazırda 155 mindən artıq kiçik və orta sahibkara maliyyə xidmətləri göstərir. Azərbaycanda kredit fəaliyyəti Bakı şəhərində yerləşən Baş idarə, rayon və şəhərlərdəki 65 filial tərəfindən idarə olunur. "FINCA Azerbaijan"ın 1 200 nəfərdən artıq işçi heyəti var. 

Son xəbərlər

Orphus sistemi