“Finca Azerbaijan”ın öhdəlikləri aktivlərini üstələyib

“Finca Azerbaijan”ın öhdəlikləri aktivlərini üstələyib Bakı. 1 noyabr. REPORT.AZ/ “Finca Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 87,216 mln. manat təşkil edib.
Maliyyə
1 Noyabr , 2017 16:59
“Finca Azerbaijan”ın öhdəlikləri aktivlərini üstələyib

Bakı. 1 noyabr. REPORT.AZ/ “Finca Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 87,216 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 62,15% azdır.

“Finca Azerbaijan”ın aktivlərinin 63,5%-ni və yaxud 55,419 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il BOKT-un kredit portfeli 68% kiçilib.

Hesabat dövründə “Finca Azerbaijan”ın cəmi öhdəlikləri 51,4% azalaraq 98,927 mln. manat, o cümlədən cəlb etdiyi vəsaitlərə görə borcları 49,8% azalaraq 94,051 mln. manat olub. BOKT balans kapitalını isə tamamilə itirib və 11,711 mln. manatlıq kapital çatışmazlığı ilə üzləşib.

2016-cı ildə “Finca Azerbaijan”ın faiz gəlirləri 31,237 mln. manat (2015-ci ilə nisbətən 50,5% az), faiz xərcləri 17,459 mln. manat (9,8% az), qeyri-faiz gəlirləri 27,879 mln. manat (53,7 dəfə çox), qeyri-faiz xərcləri isə 26,108 mln. manat (34,1% az) təşkil edib. Son nəticədə ötən il BOKT-un xalis əməliyyat mənfəəti 15,549 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 3,35 dəfə çoxdur.

2016-cı ildə “Finca Azerbaijan” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 2,6 dəfə çox – 47,632 mln. manat ayırıb, 6,578 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da, BOKT ötən ili 38,661 mln. manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 3 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi