Yuxarı
    Bağlamaq

    “Finca Azerbaijan”ın nizamnamə kapitalı 30%-ə yaxın artırılıb

    Bakı. 31 oktyabr. REPORT.AZ/ “Finca Azerbaijan” DKT bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 850 min manat və yaxud 29,25% artırılıb.

    “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, BOKT-un kapitalı 2 906 572 manatdan 3 756 572 manata çatdırılıb.

    Xatırladaq ki, “Finca Azerbaijan” 2016-cı ilin yekununda 11,711 mln. manat məbləğində kapital çatışmazlığı ilə üzləşmişdi. BOKT-un 2017-ci ilin yekunundakı maliyyə göstəriciləri isə hələ açıqlanmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi