​"FINCA Azerbaijan" 2015-ci ili 13,5 mln. manat zərərlə başa vurub

​"FINCA Azerbaijan" 2015-ci ili 13,5 mln. manat zərərlə başa vurub Hesabat ilin təşkilat məcmu aktivləri 4% artırıb, kapitalı isə 34% azalıb
Maliyyə
7 İyun , 2016 12:20
​FINCA Azerbaijan 2015-ci ili 13,5 mln. manat zərərlə başa vurub

Bakı. 7 iyun. REPORT.AZ/ "FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatının (QBKT) məcmu aktivləri 2016-cı ilin əvvəlinə 230,609 mln. manat təşkil edib. "Report" kredit təşkilatının maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 9,379 mln. manat və yaxud 4,2% çoxdur.

Ötən il ərzində "FINCA Azerbaijan"ın məcmu kapitalı 15,53 mln. manat və yaxud 33,8% azalaraq 26,476 mln. manat, öhdəlikləri isə 22,909 mln. manat və yaxud 12,6% artaraq 204,133 mln. manat olub.

Kredit təşkilatının aktivlərinin strukturunda əsas yeri müştərilərə verilmiş kreditlər tutub. Ötən ilin sonuna "FINCA Azerbaijan"ın kredit portfeli 173,616 mln. manat təşkil edib. Bu da illik müqayisədə 10,96 mln. manat və yaxud 5,9% azdır.

QBKT-nin öhdəliklərinin əsas hissəsi borc alınmış vəsaitlərin payına düşür. Bu göstərici 17,655 mln. manat və ya 10,4% artaraq 187,281 mln. manata çatıb.

Hesabat ilində kredit təşkilatının xalis faiz mənfəəti 26,579 mln. manat, xalis qeyri-faiz zərəri 829 min manat, inzibati və digər əməliyyat xərcləri 39,606 mln. manat olub. Beləliklə, "FINCA Azerbaijan"ın mənfəət vergisindən əvvəlki zərəri 13,856 mln. manat təşkil edib.

QBKT mənfəət vergisi xərclərinə 326 min manat qənaət edib və 2015-ci ili 13,53 mln. manat xalis zərərlə başa vurub. Xatırladaq ki, "FINCA Azerbaijan" 2014-cü ili 8,12 mln. manat xalis mənfəətlə yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi