Yuxarı

"FinansLizinq" səhmdarları növbədənkənar toplanacaq

Yığıncaqda institusional investorlar üçün istiqrazların emissiyasını müzakirə edəcəklər

Bakı. 8 iyun. REPORT.AZ/ Cari il iyulun 8-də "FinansLizinq"ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report"un şirkətin elanına istinadən verdiyi xəbərə görə, yığıncağın gündəliyinə aidiyyəti şəxslərlə əqdlərin bağlanması məsələsinin, institusional investorlar üçün istiqrazların emissiyasının müzakirəsi, cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi daxildir.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi,11-də baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi