Yuxarı

"Finans Lizinq" yeni istiqraz emissiyasına hazırlaşır

Ümumi həcmi 725 min manat olan istiqrazların gəlirliliyi 14%-dir

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Finans Lizinq" ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi bir istiqrazın nominal dəyəri 500 manat olmaqla 725 min manat təşkil edir. İstiqrazlar üzrə gəlirlilik illik 14% təşkil edir, istiqrazların tədavül müddəti 720 gündür.

İstiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaitlər lizinq şirkəti tərəfindən onun lizinq əməliyyatlarının həcminin artırılmasına, bununla da maliyyə lizinqi yolu ilə həyata keçirilən maliyyələşdirmənin, xususən də orta və kiçik sahibkarlığın kreditləşdirilməsinin genişləndirilməsi üçün istifadə olunacaq.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Anderrayter qismində "Texnika Kapital Menecment" MMC çıxış edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi