“Finance Leasing” yeni istiqraz emissiyasına hazırlaşır

“Finance Leasing” yeni istiqraz emissiyasına hazırlaşır Şirkət bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib
Maliyyə
28 Aprel , 2017 11:59
“Finance Leasing” yeni istiqraz emissiyasına hazırlaşır
Report

Bakı. 28 aprel. REPORT.AZ/ “Finance Leasing” ASC Azərbaycan manatı ilə daha bir istiqraz emissiyası həyata keçirməyə hazırlaşır.

Bu barədə “Report”a açıqlamasında şirkətin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.

Onun sözlərinə görə, emissiyanın qeydə alınması üçün rəhbərlik etdiyi şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

Lizinq şirkəti hər birinin nominal dəyəri 500 manat olacaq 200 ədəd istiqrazı (100 min manatlıq) 395 gün müddətinə dövriyyəyə buraxmağı planlaşdırır. İllik gəlirliliyi 23% təşkil edəcək qiymətli kağızlar institusional investorlar üçün nəzərdə tutulub. Faizlər aylıq ödəniləcək. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital" investisiya şirkəti olacaq.

Son xəbərlər

Orphus sistemi