“Finance Leasing” mənfəətini 2,5 dəfə artırıb

“Finance Leasing” mənfəətini 2,5 dəfə artırıb Bakı. 25 iyul. REPORT.AZ/ “Finance Leasing” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,587 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə hesab...
Maliyyə
25 İyul , 2017 15:23
“Finance Leasing” mənfəətini 2,5 dəfə artırıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Finance Leasing” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,587 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,1% çoxdur.

“Finance Leasing”in aktivlərinin 41,25%-ni və yaxud 3,13 mln. manatını müştərilərə verilmiş borclar təşkil edib. 2016-cı ildə şirkətin lizinq portfeli 20,3% böyüyüb.

Hesabat dövründə “Finance Leasing”in cəmi öhdəlikləri 15,2% artaraq 6,149 mln. manata, cəmi kapitalı isə 7,2% artaraq 1,438 mln. manata çatıb.

2016-cı ildə şirkətin faiz gəlirləri 1,111 mln. manat (25,1% çox), faiz xərcləri 599 min manat (34,2% çox), qeyri-faiz gəlirləri 99 min manat (64,9% az), qeyri-faiz xərcləri isə 506 min manat (10,5% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun xalis əməliyyat mənfəəti 105 min manat olub ki, bu da illik müqayisədə 33,5% azdır.

2016-cı ildə “Finance Leasing” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 70,6% az – 35 min manat yönəldib, təxminən 12% az – 15 min manata yaxın isə mənfəət vergisi ödəyib. Bununla da, şirkət 2016-cı ili 55 min manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur.

Xatırladaq ki, “Finance Leasing” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 13,1%-i Murğuz Tağıyevə, 12,7%-i Azad Cavadova (Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru), 12%-i Sevda İbrahimovaya, 10%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 5%-i İsa Hüseynova, 4,5%-i Tofiq Cəfərova, 3,8%-i Gülmirə Cəfərovaya, 3,1%-i Azər Hacıyevə, hər biri 2% olmaqla Elçin Tahirova və Gülnarə Daşdəmirovaya, 4,8%-i isə digər səhmdarlara məxsusdur.

Səhm sahiblərindən ikisi – Sevda İbrahimova və Mobil Şərifov “Finance Leasing”lə birlikdə “Finex Group” MMC-də təmsil olunan “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) müvafiq olaraq 14,9%-lik və 11,77%-lik səhmdarıdır. “Finex Credit”in səhmlərinin qalan 73,33%-i isə elə “Finance Leasing”ə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi