“Finance Leasing”in səhmdarlarının pay bölgüsü dəyişib

“Finance Leasing”in səhmdarlarının pay bölgüsü dəyişib Şirkətin vəfat etmiş səhmdarlarından birinin payı həyat yoldaşına ötürülüb
Maliyyə
15 May , 2017 16:21
“Finance Leasing”in səhmdarlarının pay bölgüsü dəyişib

Bakı. 15 may. REPORT.AZ/ “Finance Leasing” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, indiyə qədər “Finance Leasing”in səhmlərinin 13,1%-nə nəzarət edən Murğuz Elşən oğlu Tağıyev payını 18,4%-ə, Mobil Famil oğlu Şərifov isə 10%-dən 12%-ə çatdırıb. Əvəzində digər 12 fiziki şəxs – səhmdarın payı 76,9%-dən 69,6%-ə düşüb.

Bundan başqa, şirkətin səhmlərinin 12%-nə nəzarət edən Ramiz İbrahim oğlu İbrahimov vəfat etdiyi üçün onun payı həyat yoldaşına – Sevda Kamil qızı İbrahimovaya ötürülüb.

Xatırladaq ki, "Finance Leasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir, "Finex Group"a daxildir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Lizinq şirkəti "Finex Group"da təmsil olunan "Finex Credit" ASC bank olmayan kredit təşkilatının səhmlərinin 73,3%-nə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi